Almaniya XİN-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
29-07-2021, 16:30
152

Almaniya XİN-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq Azərbaycan və Ermənistanı atəşkəsi bərpa etməyə çağırıb.
Müvəkkil bu barədə öz tvitter hesabında yazıb:
"Ermənistanla Azərbaycan arasında yenidən şiddətlə gərginləşmə dərin narahatlıq doğurur. Almaniya hər iki tərəfi atəşkəsi bərpa etməyə və insanların həyatını qorumaq üçün əllərindən gələni etməyə çağırır".

Oxşar xəbərlər