Ermənistana gətirilən peyvənd cəmi 25 min nəfərə çatacaq
3-08-2021, 20:57
194

Ermənistana gətirilən peyvənd cəmi 25 min nəfərə çatacaq

Ermənistana “AstraZeneca” peyvəndinin növbəti partiyası gətirilib.
Erməni mətbuatı xəbər verir ki, vaksin “Covax Facility” platforması vasitəsilə alınıb.
Ermənistan Səhiyyə Nazirliyi peyvəndin 50.400 doza olduğunu və bunun 25.200 nəfərə çatacağını açıqlayıb.
Xatırladaq ki, son bir gündə Ermənistanda 237 COVID-19 faktı aşkarlanıb, Beləliklə, ümumi yoluxma halların sayı 230.713 -ə yüksəlib.

Oxşar xəbərlər