Dünya
7-08-2021, 11:02
179
Yanğınla mübarizə aparan Türkiyəyə bu dəfə Polşadan dəstək gəldi
İyulun 28-dən etibarən yanğınla mübarizə aparan Türkiyəyə daha bir dəstək Polşadan gəlib.
Polşa Dövlət Yanğından Mühafizə İdarəsi Türkiyənin yanğın söndürmə işləri ilə əlaqədar kömək istəyinə müsbət cavab verdiklərini açıqlayıb. Ölkədən Türkiyəyə 6 yanğınsöndürən və 8 polisdən ibarət 14 nəfərlik bir qrup, 1 xilasetmə maşını və 1 “Black Hawk” polis helikopteri göndərilir. Yardım qrupunun sabah axşam saat 21.00 radələrində Antalyaya çatacağını bildirilib.