İranda yeni hökumət: Nazirlərin siyahısı bu gün açıqlanacaq
11-08-2021, 13:32
133

İranda yeni hökumət: Nazirlərin siyahısı bu gün açıqlanacaq

İranın yeni prezidenti İbrahim Rəisinin administrasiyasında nazir vəzifəsini tutacaq şəxslərin siyahısı bu gün parlamentə təqdim olunmalıdır.
ISNA xəbər verir ki, bu barədə parlament sədrinin müavini Əli Nikzad məlumat yayıb.
Onun sözlərinə görə, nazirlərin siyahısı iclasda açıqlanmalıdır.
Qaydaya əsasən, administrasiya üzvlüyənə hər bir namizəd müvafiq komissiyada müzakirə olunacaq. Daha sonra siyahı parlamentin ümumi müzakirə və təsdiqinə çıxarılmalıdır.
“Bu proses ya avqustun 14-də, ya növbəti həftədə keçirilə bilər”, – deyə Əli Nikzad izah edib.

Oxşar xəbərlər