Türkiyədən COVID-19-la bağlı yeni qərar: 4-cü doza vurulacaq
16-08-2021, 23:12
248

Türkiyədən COVID-19-la bağlı yeni qərar: 4-cü doza vurulacaq

Türkiyə COVID-19-la mübarizə çərçivəsində ölkə daxilində peyvəndləmə prosesini sürətlə davam etdirir.
Xarici KİV xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi epidemiyaya qarşı mübarizəni səmərəli şəkildə davam etdirmək üçün koronavirus vaksininin dozalarının sayı ilə bağlı yeni qərarlar qəbul edib.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı səhiyyə işçilərinə və prioritet qrupda olanlara peyvəndin dördüncü dozası tətbiq ediləcək.
Daha öncə "PCR" testi pozitiv olan insanlar sağaldıqdan üç ay sonra peyvənd edilə bilərdilər. Yeni qərara görə, bu müddət bir aya endirilib.

Oxşar xəbərlər