Amerikada bir gündə mindən çox ölüm - COVID-19
18-08-2021, 11:38
135

Amerikada bir gündə mindən çox ölüm - COVID-19

Birləşmiş Ştatlarda son sutka ərzində koronavirusdan 1.017 nəfər həyatını itirib.
"Reuters" xəbər verir ki, ABŞ-də COVID-19-dan ölənlərin ümumi sayı 623 minə çatıb.
“Delta” ştamının geniş yayılması ucbatından Co Bayden administrasiyası səyahətçilərin təyyarələrdə, qatar və avtobuslarda, hava limanlarında, o cümlədən qatar stansiyalarında maska taxması tələbini yanvarın ortalarına qədər uzatmağı planlaşdırdıqlarını açıqlayıb.
Son 12 gündə ABŞ-də gündə orta hesabla 100 mindən çox insan virusa yoluxur.
Bu, son 6 ayın ən yüksək həddidir.

Oxşar xəbərlər