Əsrlik binada 3 milyonluq üzük və 10 min qızılgüllə evlilik təklifi - FOTO/VİDEO
27-08-2021, 17:22
182

Əsrlik binada 3 milyonluq üzük və 10 min qızılgüllə evlilik təklifi - FOTO/VİDEO

Onlayn moda və satış firmalarına sahib varlı iş adamı Mahmud Abdullah Kamaninin oğullarından biri Umar Kamani evlilik yolunda ilk addım atıb.
Umar uzun müddətdir sevgili olduğu fələstinli model sevgilisi Nada Adelleyə evlilik təklifi edib. Onun bu addımı ölkə mətbuatının gündəmini zəbt edib.
Belə ki, Umar Mərakeşdəki "Monte Carlo Opera” binasını bağlatdıraraq sevgilisinə 2 milyon dollar (3 milyon 400 min AZN) dəyərində üzüklə evlilik təklifi edib.
Umarın sevgilisinə sürprizi bununla yekunlaşmayıb. O, təklifini 25 nəfərlik orkestrin ifasında səsləndirilən musiqinin sədaları altında edib. Evlilik təklifinin edildiyi salon ümumilikdə 10 min qızıl güllə bəzədilib.
Qeyd edək ki, "Monte Carlo Opera" binası 142 il əvvəl fəaliyyətə başlayıb.


Oxşar xəbərlər