Donbasda atəşkəs pozuldu: Ölən və yaralananlar var
31-08-2021, 11:44
198

Donbasda atəşkəs pozuldu: Ölən və yaralananlar var

Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub, digər ikisi yaralanıb. 
Bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb. 
Açıqlamada, separatçıların Donbasın Novozvanovka, Şumi, Novotoştovskiy, Shirokino, Katerinovka və Vodyanoye bölgələrində  atəşkəsi pozduğu qeyd olunub. 
Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri  rusiyapərəst separatçıların atəşkəsi 11 dəfə pozduğunu açıqlayıb.

Oxşar xəbərlər