Rus hərbçiləri İrəvana gəldi
3-09-2021, 11:57
168

Rus hərbçiləri İrəvana gəldi

Sentyabrın 2 -də Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi mütəxəssislərindən ibarət nümayəndə heyətini qəbul edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya nümayəndə heyəti Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində növbəti danışıqlarda və müzakirələrdə iştirak etmək üçün İrəvana gəlib.
Nümayəndə heyətinin rəhbəri, general-mayor Valeri Jila erməni müdafiə nazirinə qarşıdakı işlərin istiqamətləri və əhatə dairəsi barədə məlumat verib, həmçinin ikitərəfli əməkdaşlıq və müzakirə mövzularını qeyd edib.
Görüş zamanı Ermənistanın müdafiə naziri Arşak Karapetyan erməni tərəfi üçün ən vacib olan bir sıra məsələləri vurğulayıb.

Oxşar xəbərlər