Əfqanıstanda atəşfəşanlıq zamanı 17 nəfər həlak oldu
4-09-2021, 11:14
165

Əfqanıstanda atəşfəşanlıq zamanı 17 nəfər həlak oldu

Əfqanıstanda Pəncşir əyalətinin "Taliban"ın nəzarətinə keçməsi ilə əlaqədar qeyd edilən atəşfəşanlıq zamanı 17 nəfər həlak olub.
Daha 41 nəfərin yaralandığı deyilir. Qeyd olunur ki, insidentlər fərqli məkanlarda baş verib.
"Taliban" silahlıları bir neçə gün döyüşlərin getdiyi Pəncşir əyalətini ələ keçirdikdən sonra bunu havaya atəş açmaqla qeyd edib.
Təşkilat rəhbərliyi havaya atəş açanların cəzalandırılacağını bildirib.

Oxşar xəbərlər