“Əfqan qaçqınlara Avropada yer yoxdur” - Çex baş nazir
8-09-2021, 10:24
142

“Əfqan qaçqınlara Avropada yer yoxdur” - Çex baş nazir

“Avropa Birliyi ölkələrində Əfqanıstandan gələn qaçqınlar üçün artıq yer yoxdur. Bu Yaxın Şərq ölkəsindən olan potensial miqrantların vətənlərində yardıma ehtiyacı var”.
Bunu Çexiyanın Baş naziri Andrey Babiş çərşənbə axşamı Lednitse şəhərində Slovakiyanın Baş naziri Eduard Heger və Avstriya hökumət başçısı Sebastyan Kurz ilə keçirdiyi görüşün yekununda keçirilən mətbuat konfransında deyib.
Babiş üçtərəfli görüş zamanı Əfqanıstandakı vəziyyəti də müzakirə etdiklərini deyib: Əfqanıstandakı vəziyyət gözlənilməz olaraq qalır. Əfqanların vətənlərində qalmaları üçün onlara kömək etmək istəyirik. Avropada onsuz da əslində onlara yer yoxdur”.
Çexiya Baş naziri əlavə edib ki, slovakiyalı və avstriyalı həmkarları onun fikirlərini dəstəkləyir.

Oxşar xəbərlər