Bu ölkədə karantin tamamilə ləğv edildi
10-09-2021, 11:57
149

Bu ölkədə karantin tamamilə ləğv edildi

Danimarka koronavirus əleyhinə tədbirləri tamamilə ləğv edən ilk Avropa ölkəsi olub. 
Bu gün ölkədə COVID-19  məhdudiyyətləri aradan qalxır. Belə  ki, Danimarkada restoranlara, idman salonlarına və gecə klublarına giriş artıq pasport tələb edilməyəcək. 
Karantin məhdudiyyətləri yalnız koronavirus xəstələri üçün işləyəcək. Sağlam vətəndaşlar ofislərə, uşaqlar da məktəbə qayıda biləcəklər.
Ölkədə bütün digər məhdudlaşdırıcı tədbirlər oktyabrın 1-dən etibarən ləğv ediləcəyi bildirilib. 

Oxşar xəbərlər