Kubada iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
17-09-2021, 13:28
165

Kubada iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb.

Hazırda Kubada yerli istehsal olan "Abdala” və "Soberana” adlı iki peyvənd var.

Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur.

Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb.

Bu tədbirlərin koronavirusun "Delta” variantının ölkədə yayılmasının qarşısını almağa kömək edəcəyi güman edilir.

Mənbə: "Associated Press”

Oxşar xəbərlər