Sabahdan məktəb və mədrəsələr açılacaq - Əfqanıstanda
17-09-2021, 16:33
164

Sabahdan məktəb və mədrəsələr açılacaq - Əfqanıstanda

“Taliban” hərəkatı Əfqanıstanda məktəb və mədrəsələrin açılacağını bəyan edib.
Xarici mətbuat verdiyi xəbərə görə, bu barədə “Taliban”ın müvəqqəti hökumətinin Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, oğlan şagirdlərin oxuduğu məktəblər və qeydiyyatdan keçmiş mədrəsələr sentyabrın 18-də açılacaq.
“Bütük kişi müəllimlər və şagirdlər məktəblərə geri dönməlidir”, - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər