Bu gündən İranda uşaqlar da peyvənd olunacaq
19-09-2021, 11:15
154

Bu gündən İranda uşaqlar da peyvənd olunacaq

Bu gündən İranda uşaq və yeniyetmələr də peyvənd olunacaq.
Bu barədə İranın səhiyyə naziri Bəhram Eynullahi açıqlama verib. Nazir qeyd edib ki, ölkədə uşaq və yeniyetmələrin koronavirus əleyhinə vaksinasiyasına qərar verilib.
İran KİV-lərinin yazdığına görə, hələlik 12-18 yaş arasındakı uşaq və yeniyetmələr. peyvənd vurulacaq. Nazir peyvəndin bu yaş qrupları üçün məcburi olmadığını deyib:
"Növbəti mərhələdə 7-12 yaş arası uşaqların COVİD-19 əleyhinə vaksinasiyasını planlaşdırırıq".

Oxşar xəbərlər