ABŞ-da heyvanların peyvəndlənməsinə başlanıldı
23-09-2021, 19:11
161

ABŞ-da heyvanların peyvəndlənməsinə başlanıldı

ABŞ-ın Yeni İngiltərə zooparklarındakı heyvanların koronavirusa qarşı peyvənd olunmasına başlanılıb.
Ərazidə bir dənə də olsun koronaviruslu heyvan müşahidə edilməyib, ancaq qurumun rəhbərliyi onları profilaktik olaraq “Zoetis” şirkətinin vaksini ilə peyvəndləməyə qərar verib.
Zooparkdan bildirilib ki, peyvənddən sonra heyvanların vaksinə qarşı istənilən reaksiyasını izləyəcəklər. 
Risk qrupuna daxil olan heyvanların tam peyvəndlənməsi üç-dörd həftə çəkəcək.

Oxşar xəbərlər