Vladimir Putin fəaliyyətini özünütəcrid rejimində davam etdirir
24-09-2021, 22:28
164

Vladimir Putin fəaliyyətini özünütəcrid rejimində davam etdirir

"Rusiya Prezidenti Vladimir Putin koronavirusa görə özünütəcrid rejimdə yaşayır".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sentybarın 24-də jurnalistlərə bildirib.
"Özünütəcrid şərti məhudiyyətdir. Onsuz da dövlət başçısı həmişə gündəlik iş rejimi ilə öz yerindədir”, - o qeyd edib.
Mətbuat katibi deyib ki, karantinə görə Vladimir Putinlə şəxsən təmasda olmur.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin koronavirusdan qorunmaq üçün sentyabrın 14-dən özünütəcrid rejiminə keçib. Bildirilib ki, V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları COVID-19 infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyir./report

Oxşar xəbərlər