Almaniyada parlament seçkiləri keçirilir
26-09-2021, 10:47
166

Almaniyada parlament seçkiləri keçirilir

Almaniyada bundestaqa seçkilər keçirilir.
Səsvermə məntəqələri yerli vaxtla 8:00-da açılıb.
Exit -pollun nəticələri saat 18.00 -da seçki məntəqələri bağlandıqdan sonra açıqlanacaq. Bundestaq seçkilərinin nəticələrindən sonra yeni kanslerin rəhbərliyi ilə yeni hökumət qurulacaq. Rəy sorğuları Sosial Demokratların qələbəsini proqnozlaşdırır.
Bu il 47 siyasi qüvvənin namizədləri mübarizə aparır. Almaniya Federal Respublikasının Mərkəzi Seçki Komissiyası ilkin nəticələri bazar ertəsinə keçən gecə açıqlayacaq.

Oxşar xəbərlər