Əfqanıstanda güclü partlayış OLDU
1-10-2021, 17:35
203

Əfqanıstanda güclü partlayış OLDU

Əfqanıstanın şimalındakı Pərvan əyalətinin mərkəzi Çərikar şəhərində bir neçə güclü partlayış baş verib.
Xarici KİV xəbər verir ki, günorta saatlarında baş vermiş partlayışlardan sonra atışma başlayıb. Mənbələrə görə, bu, iqtidardakı “Taliban” hərəkatının döyüşçülərilə Milli Müqavimət Cəbhəsi arasında toqquşma ola bilər.
“Taliban” bu məsələyə hələlik münasibət bildirməyib.

Oxşar xəbərlər