Tunisdə iki qatar toqquşdu - 30 nəfər yaralandı
8-10-2021, 10:21
170

Tunisdə iki qatar toqquşdu - 30 nəfər yaralandı

Tunisdə qatarın toqquşması nəticəsində azı 30 nəfər yaralanıb.
Bu barədə yerli “Mosaique FM” radiosu mülki müdafiə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Hadisə Ben-Arus stansiyası ərazisində baş verib. Platformadan çıxan qatar Tunis-Sus marşrutu ilə hərəkətdə olan qatarla toqquşub.
Yaralılar Ben-Arus şəhərinin xəstəxanalarına yerləşdirilib.

Oxşar xəbərlər