"Mənim üçün darıxmadınız?" - Tramp
14-10-2021, 10:25
148

"Mənim üçün darıxmadınız?" - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yerli mətbuata bəzi açıqlamalar verib. 
O, prezident Co Baydenin siyasətini bəyənmədiyini vurğulayıb. 
"Onun siyasətini daima izləyirəm. Çox uğursuzdur. Hansını saysaq görərik ki,  Bayden  ABŞ-ın daxili və  xarici  siyasətində  müsbət  addımlar atmayıb".  
Tramp bununla yanaşı,  Amerika xalqına üzünü tutataraq, "Hələ də mənim üçün darıxmadınız?" - sözlərini  deyib.  
Bildirək ki,  ABŞ-da keçirilən bir sıra sorğularda ABŞ Prezidenti Co Baydenə dəstək azalıb. Sorğunun yayımlandığı sayt Baydeni bəyənənlərin sayının yüzdə 42-dən aşağı düşmək təhlükəsi ilə üzləşdiyini ortaya qoyub. 

Oxşar xəbərlər