Sudanda dövlət çevrilişi: Baş nazir həbs edildi (FOTO)
25-10-2021, 10:37
189

Sudanda dövlət çevrilişi: Baş nazir həbs edildi (FOTO)

Gecə  saatlarında Sudanda dövlət çevrilişi baş verib. 
Hərbçilərin təşkilatçılığı ilə həyata keçirilən çevrilişdə  Baş nazir  Abdullah Həmdükün iqamətgahına basqın edilb. Nəticədə Baş nazir  əsgərlər  tərəfindən həbs edilib. 
Qiyamçılar Abdullahla yanaşı,  digər  4 nazirin  evinə  basqın edərək,  onları da həbs  ediblər.  5 nazirin saxlanıldığı çevriliş cəhdi xalqın ayağa qalxmasına səbəb olub.  Yüzlərlə  sudanlı  Baş nazirin iqamətgahının önündə  etiraz nümayişi keçiriblər. 
Ordu paytaxtda yolları və körpüləri bağlayıb. Hadisədən sonra Sudanın Məlumat Nazirliyi  məlumat yayıb. 
"Suverenlik Şurasının bəzi üzvləri və keçid hökumətinin bəzi nazirləri hərbçilər tərəfindən nəzarətə alındı",- deyə  məlumatda qeyd olunub. 
Qeyd edək ki,  21 sentyabr tarixində də ölkədə hərbçilər dövlət  çevrilişinə  cəhd etmişdi. Lakin cəhdin qarşısı alınmış,  40-a yaxın zabit  həbs edilmişdi.  
 
Sudanda dövlət çevrilişi:Baş nazir həbs edildi (FOTO)

Oxşar xəbərlər