ÜST rəhbəri yeni qarşısıalınmaz virusla bağlı xəbərdarlıq etdi
30-10-2021, 10:10
178

ÜST rəhbəri yeni qarşısıalınmaz virusla bağlı xəbərdarlıq etdi

Dünya üçün yeni qarşısıalınmaz virus barədə xəbərdarlıq edilib.
Belə bir xəbərdarlıqla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus çıxış edib.

ÜST rəhbəri bildirib ki, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun nə vaxtsa yaranması bioloji baxımdan danılmazdır: “Bu pandemiyaya son qoysaq belə, yarana biləcək növbəti pandemiyaya hazırlaşmaq üçün bundan dərs çıxarmalıyıq. Bioloji nöqteyi-nəzərdən, nə vaxtsa bizim qarşısını ala bilməyəcəyimiz başqa bir virusun yayılacağı dəqiqdir”.
Qebreyesusun sözlərinə görə, qlobal birliyin “gücləndirilmiş” ÜST-ə, pandemiya ilə mübarizənin təmini üçün yeni maliyyə mexanizminə, həmçinin səhiyyə sferasında təhlükələrlə mübarizənin maliyyələşməsi üzrə yeni şuranın yaradılması ilə daha təsirli idarəetməyə ehtiyacı var.

Oxşar xəbərlər