Bu ölkədə ilk yoluxma qeydə alındı
31-10-2021, 12:35
153

Bu ölkədə ilk yoluxma qeydə alındı

Sakit okeandakı adalardan birində yerləşən Tonqa krallığında pandemiyanın başlanğıcından bəri yeni növ koronavirusa (COVID-19) ilk yoluxma qeydə alınıb.
Bu barədə BBC məlumat yayıb. 
Polineziyadakı ada dövlətində koronavirus Yeni Zelandiyadan təyyarə ilə gələn sərnişində aşkarlanıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 105 min nəfərə yaxın əhalinin təxminən 30 faizi artıq peyvənd olunub. 

Oxşar xəbərlər