Dehlidə məktəblər bağlandı
14-11-2021, 13:28
147

Dehlidə məktəblər bağlandı

Hindistanın paytaxtı Dehli şəhərində havanın çirklənməsinin artması fonunda bir həftəlik məktəblər bağlanır. 
"Times of India"-nın yaydığı xəbərə görə, bu barədə Dehli şəhərinin birinci naziri Arvind Kecrival deyib: 
"Uşaqların çirkli hava ilə nəfəs almasının qarşısını almaq üçün bazar ertəsindən etibarən məktəblər bağlanacaq".
Bundan əlavə, bildirilir ki, şəhər hakimiyyətinin əmri ilə bütün tikinti işləri 4 gün müddətinə dayandırılır və bütün dövlət qulluqçuları məsafədən işə keçir. Şəxsi biznes isə "mümkün olduğu qədər" bu qaydaya əməl etməlidir.

Oxşar xəbərlər