45 yaşlı kişi morqda dirildi
23-11-2021, 19:04
157

45 yaşlı kişi morqda dirildi

Hindistanda motosiklet qəzası keçirən şəxsin ürəyi dayanıb.  
45 yaşlı kişi qısa zamanda xəstəxanaya çatdırılsa da,  həkimlər onun çoxdan öldüyünü bildiriblər. Daha sonra  həkimlər kişinin ailəsinə onun öldüyü barəsində məlumat veriblər. Bundan sonra kişinin cansız bədəni meyitxanaya göndərilib və 6 saat dondurucuda qalıb.
Yaxınları və polis meyiti müayinə edib götürməyə gələndə həyatlarının  şokunu yaşayıblar. Belə ki,  kişinin nəfəs aldığını görüblər. Öldü  deyə  morqa göndərilən şəxs yenidən xəstəxanaya aparılıb. 45 yaşlı kişini komaya salıblar.  
Polis kişinin ölümünü qeydə alan həkimləri  həbs edəcəyini  bildirib. 

Oxşar xəbərlər