Fransalı jurnalist “Qalatasaray”ı təhqir etdi, üzr istədi - FOTO
25-11-2021, 22:54
167

Fransalı jurnalist “Qalatasaray”ı təhqir etdi, üzr istədi - FOTO

Fransalı jurnalist Romen Kanuti Türkiyənin “Qalatasaray” klubunu təhqir edib. O, daha sonra “Twitter”də paylaşım edərək buna görə üzr istəyib.
Hadisə “Marsel”in UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qalatasaray”a qarşı keçirəcəyi oyundan əvvəl baş verib.
Jurnalist  “sarı-qırmızılılar”ın simvolu olan aslan heykəlinin üstünə çıxaraq çəkdiyi fotonu sosial şəbəkə hesablarında “aslanı əhliləşdirdim” başlığı ilə paylaşıb.
Daha sonra Kanuti sosial şəbəkədə paylaşım edərək azarkeşlərdən üzr istəyib:
“Dünən axşam mətbuat konfransından əvvəl zarafat hesab etdiyim hərəkətlə həddi aşdığımın fərqinə vardım. Buna görə “Qalatasaray” azarkeşlərindən üzr istəyirəm”.
Qeyd edək ki, bu gün oynanılacaq “Qalatasaray” – “Marsel” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər