İranda ETİRAZ: 130 nəfər SAXLANILDI
7-12-2021, 16:11
133

İranda ETİRAZ: 130 nəfər SAXLANILDI

İranın mərkəzi hissəsindəki İsfahan şəhərində hakimiyyətdən quraqlığın nəticələrinin aradan qaldırılmasını tələb edən 130 etirazçı saxlanılıb.
İsfahan şəhərinin sakinləri İsfahandan axan Zəyəndə çayının qurumasına diqqət çəkiblər.
Ölkənin Ədliyyə Hakimiyyətinin mətbuat katibi Zabiulla Xodayanın dediyi kimi, su çatışmazlığı probleminin həllini tələb edən şəhər sakinləri əslində təxribatçıların əlində alətə çevriliblər:
“Aksiya iştirakçıları əmlaka ziyan vurublar. Nəticədə 130 nəfər saxlanılıb. Atəş açıb ictimai təhlükəsizliyə zərər vuranlardan başqa hər kəs zaminə buraxılıb”. 
 

Oxşar xəbərlər