Botoksun ixtiraçısı vəfat etdi
22-12-2021, 22:08
133

Botoksun ixtiraçısı vəfat etdi

Botoks preparatının ixtiraçısıı Alan Skott 89 yaşında Kaliforniya xəstəxanasında vəfat edib. 
“Ria Novosti” xəbər verir ki, Amerikalı oftalmoloq dekabrın 16-da dünyasını dəyişib. Ölümünün səbəbi isə sepsisdən yaranan ağırlaşmalar olub.
Qeyd edək ki, Botulinum toksini İkinci Dünya Müharibəsi zamanı əzələ iflicinə və ölümünə səbəb olan bioloji silah kimi yaradılmışdır. Elm adamları daha sonra onun müharibə aparmaq üçün uyğun olmadığı qənaətinə gəliblər və toksin nümunələrini Skota təhvil veriblər. Oftalmoloq onun əsasında ilkin olaraq tibbi məqsədlər üçün, xüsusən də çəpgözlüyün müalicəsi üçün istifadə etdiyi Botoks adlı dərman hazırlayıb. Yalnız sonradan botoks kosmetologiyada qırışları hamarlamaq üçün istifadə olunmağa başladı.

Oxşar xəbərlər