"Saakaşvilinin vəziyyəti ağırdır"
30-12-2021, 18:10
149

"Saakaşvilinin vəziyyəti ağırdır"

Qori hərbi xəstəxanasından Rustavi həbsxanasına qaytarılan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyəti ağırdır, o, ünsiyyətsizdir, ləng hərəkət edir.
Bu barədə siyasətçinin vəkili Nika Qvaramiya deyib.
Saakaşvili uzun sürən aclıq aksiyasından sonra Qoridəki xəstəxanada müalicə olunub. Bazar ertəsi eks-prezident bəyan edib ki, qara geyimli şəxslər içəri daxil olub, onun hərbi xəstəxanadan çıxarılması qərarını elan ediblər. Gürcüstan Ədliyyə Nazirliyinin penitensiar xidməti daha sonra məlumat yayıb ki, siyasətçinin Rustavidəki xüsusi müəssisəyə köçürülməsi təxirə salınıb. Lakin daha sonra Ədliyyə Nazirliyi Saakaşvilinin Rustavidəki həbsxanaya qaytarıldığını təsdiqləyib.
Sabiq prezident bu il oktyabrın 1-də Tbilisidə həbs edilib. O, bir sıra cinayətlərdə təqsirli bilinir.

Oxşar xəbərlər