Dünya
28-12-2021, 22:15
318
Saakaşvilinin həbsxanaya köçürülməsi təxirə salındı
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin hərbi hospitaldan həbsxanaya köçürülməsi müəyyən müddətə təxirə salınıb.
Bu barədə məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti yayıb.
Bir müddət öncə Mixail Saakaşvilinin Qoridəki hərbi hospitaldan həbsxanaya köçürülməsi ilə bağlı məlumat yayıldıqdan sonra gürcü siyasətçinin səhhəti pisləşib. Bu səbəbdən də Xüsusi Penitensiar Xidmət Saakaşvilinin köçürülməsini müvəqqəti olaraq təxirə salmağa qərar verib.
Saakaşvili dekabrın 27-si 12 saylı Rustavi həbsxanasına köçürülməli idi.