Makron rusiyalı həmkarı ilə danışıqları davam etdirir
7-01-2022, 22:02
167

Makron rusiyalı həmkarı ilə danışıqları davam etdirir

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığını bildirib.
Fransa prezidenti həmçinin Rusiya Federasiyası ilə ABŞ arasında Ukrayna ilə bağlı dialoqu alqışlayıb.
"Fransa Rusiya ilə dialoq aparmağa davam edir. Mən prezident Putinlə son həftələrdə iki uzun telefon danışığım olub. Yaxın günlərdə daha çox danışıq olacaq", - Makron Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen ilə Parisdə keçirdiyi birgə mətbuat konfransında deyib. 

Oxşar xəbərlər