Hadisə məşhur iş adamı ilə ailə qurur
21-01-2022, 13:02
179

Hadisə məşhur iş adamı ilə ailə qurur

Türkiyəli müğənni Hadisəyə iş adamı sevgilisi Mehmet Dinçerler evlilik təklif edib.

"Hə" cavabı verən Hadisə həmin anın görüntülərini sosial şəbəkədə paylaşıb. O, şərh bölümünə "Bölümümüz indi başlayır" sözlərini yazıb.

Diqqətçəkən digər məqam isə Hadisənin barmağındakı üzüyü olub. Onun 3 milyon 133 min 280 lirə (təxminən 393 min 226 manat) dəyərində olduğu üzə çıxıb.

Qeyd edək ki, Hadisənin özündən 2 yaş kiçik sevgilisi "Gloria Jean's Coffees"in sahibidir.  O, bundan əvvəl aktyor Kaan Yıldırımla sevgili olub.
 



Oxşar xəbərlər