Serbiyada güclü partlayış - 2 ÖLÜ
24-01-2022, 17:06
7 039

Serbiyada güclü partlayış - 2 ÖLÜ

Serbiyanın qərbindəki Sremsk-Mitrovisa şəhəri yaxınlığında yerləşən gübrə fabrikində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Xarici KİV xəbər verir ki, hadisə nəticəsində kimyəvi maddələrin ətraf mühitə sızmasının qarşısı alınıb.
Fabrik nümayəndəsi partlayışın səbəbi barədə məlumata verməkdən imtina edib. Bildirib ki, rəsmi istintaqın cavabını gözləyəcəklər.
Sremsk-Mitrovisa Polis İdarəsi hadisənin səbəbini araşdırır.

Oxşar xəbərlər