“Sobsan” boya fabrikində işbaşında ölüm hadisəsi…- Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının ekoloji “terror”u
10-11-2021, 10:43
391

“Sobsan” boya fabrikində işbaşında ölüm hadisəsi…- Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının ekoloji “terror”u

Ekologiya naziri  Muxtar Babayev hara baxır ? 


Məlumdur ki, Zöhrab, Cavid, Araz  Səbzəliyev qardaşlarının təsis etdiyi “Rəmzi-S” MMC-yə məxsus olan “Sobsan” boya fabriki Qafqaz regionunun ən böyük boya və boya xammal fabrikidir. Bu fabrikin 500 nəfərdən artıq işçisi var. Və milyonlar qazanır. 
Necə deyərlər halal xoşları olsun. Amma…
Əmması odur ki, dövlət sənə münbit şərait yaradıb və sən milyonlar qazanırsan. Və dövlətə də milyonlarla ziyan vurursan. 
Bəli, dəfələrlə yazmışıq ki, “Sobsan” boya fabriki sözün həqiqi mənasında ətraf mühitə qarşı ekoloji terror törədir. Hətta  qardaşların  bu əməllərini erməni işğalçılarının ölkəmizin təbiətinə vurduğu ziyanla müqayisə etmişik. 
Bəs görəsən Səbzəliyev qardaşlarının bu əməllərini ekologiya naziri  Muxtar Babayev görmür ? 
Məlumat üçün bildirək ki, Sobsan boyaların tərkibində olan çox sayda kimyəvi maddələr insan orqanizminə, eləcə də ətraf mühitə məhvedici təsir göstərir. 
Fabrikin  Müşfiq qəsəbəsindəki ərazisində  boya istehsalı zamanı yaranan zərərli tullantılar ətrafdakı su hövzələrinə axıdılır. Digər tərəfdən  avadanlıq və qurğular  vaxtında dəyişdirilməlidir, ətraf mühitin qorunmasına  maliyyə vəsaiti ayrılmalıdır ki, ekoloji problem yaranmasın.
Qardaşlar isə  qazandıqları milyonları basıb yeyir və ətraf mühiti düşünmürlər və ekoloji  terror baş verir. 
Söhbət fabrikin Bakıətrafı qəsəbələrdəki “əməllərindən” düşmüşkən, bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır. 
Bir neçə ay əvvəl, daha dəqiq desək, bu ilin aprel ayında Abşeron rayonunun  Aşağı Güzdək qəsəbəsində ölüm hadisəsi baş vermişdi. Daha doğrusu, “Sobsan” boya fabrikində qanuni fəhlə işləyən şəxsin üsərinə torpaq uçmuş  və fəhlə hadisə yerində ölmüşdür. Hətta bu ölüm hadisəsi ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandı. Sonu nə oldu ? 
Guya ölən şəxs  həmin ərazidə metal qırıntıları, mis yığırmış. 
Bir soruşan olmadı ki, nə metal, nə mis-filan ? Ölən şəxs fabrikin işçisi olub və işbaşında ölüb. 
Bəli, Səbzəliyev qardaşları  deputat dostlarının köməyi ilə hər şeyi batıra bilirlər. 
Ümumiyyətlə, bu fabriklə bağlı şikayətlərin  sayı-hesabı yoxdur. 
Vaxtilə fabrikin Binəqədidə yerləşən sahəsində güclü yanğın zamanı onlarla sakin zərər çəkmişdi. Fabrikin sahibi olan qardaşlar vətəndaşlara dəyən zərəri ödədimi ? Əlbəttə, yox. Zərərçəkən sakinlər haralara yazmadılar, şikayət etmədilər ? Amma  nəticə olmadı. 

Axı, yanğının səbəbi  təbii fəlakət-zad deyildi ee, fabrikin  sexində baş verən hadisə idi. 
Yəni ətrafdakı yanan  evlər  Səbzəliyev qardaşlarının əməllərindən ziyan çəkmişdi.  
Bəs onda  Səbzəliyev qardaşları niyə vətəndaşlara  dəyən zərəri ödəmədi ? 
“Sobsan”nın əməlləri bununla bitmir. 
Səbzəliyev qardaşları Şamaxıda onlarla vətəndaşı aldadaraq  onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib, hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da ələ keçiriblər. 
Vətəndaşların şikayət etmədiyi dövlət qurumu qalmayıb, ancaq  nəticə yoxdur. 
Səbzəliyev qardaşları  kimə arxayındır ki, vətəndaşlara hədə-qorxu gəlirlər. 
Bütün bunlar azmış kimi  Səbzəliyev qardaşları alıcıları çəkidə və qiymətdə aldadır. Bəli, çəkidə aldadır. 
Üstünə 10 kq  yazılan bir vedrə  boyanın təmiz çəkisi 6  kiloqramdır. Fabrik  boyanın qabının ölçülərini  yuxarıdan və aşağıdan  dəyişərək, alıcıları aldadır. 
“Sobsan” boya”nın sexlərində, laboratoriyalarında  elə “qatqılar” olur ki, bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır. 
“Sobsan”  boya fabrikinin  sahibləri olan  Səbzəliyev qardaşları  o qədər varlanıblar ki, artıq mühüm vəzifələrə qohum-əqrəbalarını yerləşdirirlər, deputat seçkilərində kimlərsə “sponsorluq” edirlər, yəni “siyasi işlərə də burun soxurlar”. 
Məsələn, sabiq səhiyyə naziri  Oqtay Şirəliyevlə qohum olan qardaşlar öz əmisi qızları  Gülnaz Dadaşovanı  Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdiriblər. 
Bir sözlə,  Səbzəliyev qardaşlarının iştahaları və…cəmiyyətimizə vurduğu ziyanlar bitib-tükənmək bilmir. 
Bəs, müvafiq dövlət qurumları hara baxır ? /Gundelik-baku.com/

Oxşar xəbərlər