Gürcüstanda bir gündə 23 664 nəfər koronavirusa yoluxub
3-02-2022, 17:45
7 025

Gürcüstanda bir gündə 23 664 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirus infeksiyasına 23 664 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 8 326 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent isə vəfat edib.

Pandemiya başlayandan bu günədək Gürcüstanda COVID-19-a 1 250 108 nəfər yoluxub. Onların 1 038 391-i sağalıb, 15 102-si isə ölüb.

Oxşar xəbərlər