Dünya
4-02-2022, 12:59
1 786
Ermənistan müxalifəti prezidentliyə namizəd olmayacaq
Ermənistanda parlament müxalifəti prezidentliyə namizəd irəli sürməmək qərarına gəlib.
Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.
Bildirilib ki, iki müxalifət fraksiyası bu gün birgə bəyanatla çıxış edib. Bu barədə eks-prezident Robert Köçəryanın lideri olduğu "Ermənistan" və Serj Sarkisyanın dəstəklədiyi "Şərəf duyuram" parlament bloklarının birgə yaydığı bəyanatda bildirilib.
Bəyanatda hər iki blokun deputatlarının səsvermə prosesinə də qatılmayacaqları bildirilib.
Qeyd edək ki, hakim "Vətəndaş Müqaviləsi" partiyası Prezident postuna yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb.