Pekin olimpiadasında daha 45 nəfər koronavirusa yoluxub
5-02-2022, 10:41
17 598

Pekin olimpiadasında daha 45 nəfər koronavirusa yoluxub

Çinin paytaxtı Pekindəki XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

Yarışın Təşkilat Komitəsinin rəsmi saytı xəbər verir ki, daha 45 nəfərin testi pozitiv çıxıb.

Onlardan 25-i idmançılar və digər rəsmi şəxslərdir.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Olimpiadaya fevralın 20-də yekun vurulacaq.

Oxşar xəbərlər