Bu gün təhvil verilən ermənilərin adları açıqlandı
7-02-2022, 15:23
7 744

Bu gün təhvil verilən ermənilərin adları açıqlandı

Ermənistan tərəfinə təhvil verilən 8 nəfər hərbi qulluqçunun kimliyi məlum olub.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan feysbuk səhifəsində paylaşım edib.
Həmin hərbçilər bunlardır: Tarzyan Sarkis, Balayan Vardkes, Petrosyan Armen, Babayan Artur, Sarkisyan Amayak, Qaloyan Qurgen, Qureqyan Qriqor və Maloyan Vaqarşak.
Hunanyanın sözlərinə görə, məhbusların azad edilməsi ilə bağlı razılıq fevralın 4-də Ermənistan, Azərbaycan və Fransa liderləri arasında keçirilən üçtərəfli videokonfrans zamanı əldə olunub.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsi səkkiz erməni hərbçinin qarşı tərəfə təhvil verilməsi barədə məlumat yayıb.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Aİ Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb.

Oxşar xəbərlər