Tbilisidə tikinti materialları bazarında güclü yanğın - Video
7-02-2022, 16:08
7 379

Tbilisidə tikinti materialları bazarında güclü yanğın - Video

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Eliava” adlanan böyük tikinti materialları bazarında yanğın baş verib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
İlkin məlumata görə, yanğın tikinti materialları anbarında başlayıb. Külək hazırda yanğının şiddətini artırır.
Yanğının səbəbi hələ məlum deyil. Xəsarət alan və ölənlər barədə məlumat daxil olmayıb.







Oxşar xəbərlər