Rus ordusu Krımdan geri çəkilməyə başlayıb
15-02-2022, 16:05
7 285

Rus ordusu Krımdan geri çəkilməyə başlayıb

Rusiya ordusu planlaşdırılan təlimdən sonra Krımdan geri çəkilməyə başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov rus qoşunlarının öz qarnizonlarına qayıtdığını açıqlayıb.
Sözçü, "Sözügedən qoşunlar dəmir yolu və avtomobil yolu ilə bağlı olduqları qarnizonlara qayıtmaq üçün lazımi yükləmələri etməyə başlayıblar" , - deyə  bildirib. 
Konaşenkov Belarusda davam edən təlimlərə xarici ölkələrin hərbi attaşelərinin də dəvət edildiyini bildirib.

Oxşar xəbərlər