ABŞ-da helikopter qəzaya uğradı: Ölənlər var
23-02-2022, 11:06
2 062

ABŞ-da helikopter qəzaya uğradı: Ölənlər var

Havayda ABŞ bazası yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. 
ABŞ ordusundan verilən açıqlamada helikopterin donanmanın təlim fəaliyyətlərinə dəstək verdiyi bildirilib.
Səhər məşq zamanı qəzaya uğrayan helikopterdə olan 4 nəfərin həyatını itirdiyi qeyd olunub. 
Hadisədən sonra təhlükəsizlik qüvvələri və yanğınsöndürənlərin qəza yerində araşdırmalara başlayıb. 
Qəzanın  baş vermə səbəbi  araşdırılır. 

Oxşar xəbərlər