Ukraynanın Aİ-yə üzvlük müraciətinə baxılır
1-03-2022, 10:32
1 844

Ukraynanın Aİ-yə üzvlük müraciətinə baxılır

Avropa İttifaqı Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə baxılması proseduruna rəsmən başlayıb.
Bu barədə fevralın 28-də Ukraynanın Avropa İttifaqındakı nümayəndəsi Vsevolod Çentsov öz "Twitter" səhifəsində məlumat verib. 
O, Ukraynanın prezident Zelenskinin imzaladığı Aİ-yə üzvlük ərizəsini Aİ Şurasına sədrlik edən Fransanın Aİ-nin daimi nümayəndəsi Filip Leqlise-Kosta təqdim edib.
"Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini Aİ Şurasına sədrlik edən Fransanın Aİ yanında daimi nümayəndəsi Filip Leqlise-Kostaya təqdim etdim. Ərizə qeydə alınıb. Baxış prosedura başlanılıb”, - o yazır.
Xatırladaq ki, fevralın 28-də prezident  Vladimir Zelenski  Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.

Oxşar xəbərlər