Zelenski Yaponiya parlamentində çıxış etməyi planlaşdırır
16-03-2022, 12:01
1 923

Zelenski Yaponiya parlamentində çıxış etməyi planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində videoformatda çıxış etməyi planlaşdırır.

Bu barədə məlumatı "Kyodo” agentliyi yayıb.

Hazırda bu məsələnin detalları razılaşdırılır.

Qeyd edək ki, V. Zelenskini İspaniya, Kanada və İsrail parlamentlərində də çıxış etməyə dəvət ediblər. O isə öz növbəsində martın 16-sı videobağlantı vasitəsilə ABŞ Konqresində çıxış etməyi planlaşdırdığını təsdiq edib.

Oxşar xəbərlər