“Rusun kabusu” ləqəbli əfsanəvi pilot HƏLAK OLDU
16-03-2022, 20:58
8 181

“Rusun kabusu” ləqəbli əfsanəvi pilot HƏLAK OLDU

Rusiyaya məxsus 6 təyyarəni məhv edən “Kiyevin ruhu”, “Rusun kabusu” ləqəbli əfsanəvi pilot rusların hava hücumu nəticəsində ölüb.
Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, sözügedən pilotun insan olması müharibənin 17-ci gününə qədər hər kəsə şübhəli idi. Lakin müharibənin 17-ci günündə onun pilot geyimində fotosu dünya mətbuatında yayılmışdı. Sözügedən pilot rus ordusuna səslənərək, "ruhunuzu almağa gəlirəm" demişdi

Oxşar xəbərlər