Zelenski dövlətlərə çağırış edib: “Ukraynanın daha çox dəstəyə ehtiyacı var”
1-04-2022, 12:17
2 197

Zelenski dövlətlərə çağırış edib: “Ukraynanın daha çox dəstəyə ehtiyacı var”

"Rusiya ordusunun müəyyən ərazilərdə əlavə qüvvələr cəmləşdirdiyi vaxtda Ukraynanın tərəfdaşlardan daha çox dəstəyə ehtiyacı var”.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram kanalında yerləşdirdiyi videoda bildirib.

"Mən bu gün (31 mart - Red.) tərəfdaş dövlətlərimizin parlamentlərinə müraciət etdim: Avstraliya, Niderland, Belçika. Tam dəstək hiss etdim. Konkret addımlar gözləyirəm. Rusiyaya qarşı daha da sərt sanksiyalara çağırdım. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə də danışdım”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, sanksiyalardan əlavə, Ş. Mişellə Ukraynaya iqtisadi dəstək və prioritet layihələrin maliyyələşdirilməsi, eləcə də Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlük istiqamətində görülən tədbilər ətraflı müzakirə edilib:

"Sanksiya siyasəti Prezident Aparatının rəhbəri Andrey Yermakla Amerika Birləşmiş Ştatları Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında danışıqların mövzularından biri olub. ABŞ Rusiyaya qarşı sanksiyalarla bağlı yeni paket təqdim edib. Biz minnətdarıq. Sanksiyalar Rusiya iqtisadiyyatının həssas sahələrinin, onun müdafiə sektorunun işini məhdudlaşdıracaq”.

Oxşar xəbərlər