Ermənistan "Zəngəzur dəhlizi"nin inşası üçün pul tapa bilmir
2-04-2022, 20:43
17 685

Ermənistan "Zəngəzur dəhlizi"nin inşası üçün pul tapa bilmir

“Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpası layihəsinin maliyyə mənbəyi hələ müəyyən edilməyib”.
Bu barədə “Sputnik Ermənistan”ın sorğusu əsasında Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Layihənin maliyyələşdirilməsi məsələsində qərarlılığın olub-olmaması ilə bağlı suala nazirlikdən xatırladıblar ki, Yerasx-Horadiz yolunun Ermənistan hissələrinin bərpası üzrə işlərin qiymətləndirilməsi ilə idarələrarası işçi qrupu məşğul olur. Ermənistan Milli Memarlıq və İnşaat Universitetinə tədqiqat işləri aparmaq tapşırılıb.
Xatırladaq ki, daha öncə həmin nazirlik sözügedən dəmir yolunun Ermənistan ərazisində bərpa olunmasına 226 milyon dollar tələb olunacağını açıqlayıb.

Oxşar xəbərlər