Estoniya Rusiya qazından imtina etdi
7-04-2022, 19:18
7 552

Estoniya Rusiya qazından imtina etdi

Estoniya hökuməti bu il Rusiya qazının idxalını dayandırmaq qərarına gəlib. 
Bu barədə hökumətin rəsmi saytında bildirilir. 
"Biz milli qaz ehtiyatlarını artırmaq və payızda yeni terminalının işə salına biləcəyi Paldiskidə mayeləşdirilmiş təbii qazın qəbulu üçün imkanlar yaratmaq qərarına gəldik", - Baş nazir Kai Kallas bildirib.
Qeyd edək ki, bundan əvvəl Latviya və Polşa da eyni niyyətlərini bəyan etmişdilər.

Oxşar xəbərlər