Türkiyədə hərbi məktəbdə partlayış - VİDEO
8-04-2022, 12:44
1 848

Türkiyədə hərbi məktəbdə partlayış - VİDEO

Türkiyədə hərbi məktəbdə partlayış meydana gəlib.
“CNNturk” xəbər verir ki, hadisə İstanbulun Tuzla rayonunda yerləşən hərbi məktəbin 41-ci texniki xidmət idarəsində baş verib.
Partlayışdan sonra ərazidə yanğın başlayıb, dərhal hadisə yerinə çox sayda yanğınsöndürən və xilasedici cəlb olunub. Hazırda yanğını söndürmək istiqamətində işlər davam etdirilir.
Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil və ilkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Oxşar xəbərlər