Hindistanda kimyəvi zavodda partlayış olub, 6 nəfər ölüb
11-04-2022, 13:51
1 657

Hindistanda kimyəvi zavodda partlayış olub, 6 nəfər ölüb

Hindistanın qərbində yerləşən Qucarat əyalətində kimyəvi zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb.

Məlumatı "Hindustan Time” yayıb.

Hadisə əyalətin Bxaruç şəhərində əridici distilyasiya prosesi zavodunda baş verib.

Yerli polis idarəsi əməkdaşının sözlərinə görə, partlayış nəticəsində yanğın olub. Polis hadisənin səbəbi və şəraiti ilə bağlı araşdırmaya başlayıb.

Oxşar xəbərlər